Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekologiya və təbii sərvətlər sahəsində “Elektron hökumət” portalına inteqrasiya edilən e-xidmətlərin sayı 4-ə çatıb


Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təqdim olunan 4 elektron xidmət "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya edilib.

Belə ki, ilk olaraq portala ETSN-in səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına və ixracına razılığın verilməsi ilə bağlı e-xidmət qoşulmuşdu. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda isə meşə məhsulları və dərman bitkilərinin onlayn satışı, milli parklara onlayn bilet satışı, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə olunması ilə əlaqədar xüsusi razılıq və icazələrin verilməsi xidmətləri əlavə edilib.

Bununla da ekologiya və təbii sərvətlər sahəsində "Elektron hökumət" portalına inteqrasiya edilən e-xidmətlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, sözügedən elektron xidmətlərlə bağlı istifadəçilər internet vasitəsilə sənədləri göndərmək üçün "http://www.eco.gov.az" internet saytının "Elektron xidmətlər" bölməsinə və yaxud "www.ehdis.az" e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməlidirlər: "Bundan sonra müvafiq fəaliyyət növü seçilir və həmin fəaliyyət növünə uyğun açılan müraciətə tələb olunan sənədlər əlavə edilərək göndərilir".

CAHANGİR




13/08/12    Çap et