Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” ilk dəfə olaraq “iPod touch” pleyerlərinin satış həcmini açıqlayıb
"Apple" şirkəti ilk dəfə olaraq "iPod touch" multimedia cib pleyerlərinin satış həcmini açıqlayıb.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti 2007-ci ildə təxminən 1,94 milyon qurğu satıb. 2008-ci ildə satışların həcmi 5,95 milyon, 2009-cu ildə isə 10,6 milyon təşkil edib. 2010-cu ildə isə təxminən 13,3 milyon pleyer tədarük edilib.
Bundan sonra satışlarda azalma qeydə alınıb: şirkət 2011-ci ildə 10,9 milyon qurğu tədarük edib. Bütövlükdə şirkət 2007-ci ildən 2012-ci ilin ikinci rübünədək 46,6 milyon "iPod touch" pleyeri tədarük edib.
Pleyerlərin satışlarından əldə olunan ümumi gəlirin həcmi 10,3 milyard dollara bərabərdir.
EMİL
13/08/12 Çap et