Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” müflisləşir


“Google” korporasiyasının tərkibinə daxil olan “Motorola Mobility” (MMI) şirkəti heyətinin 20 faizini azaltmaq və dünyadakı ofislərinin (94) təxminən 33 faizini bağlamaq niyyəti haqqında elan edib.

Bu barədə şirkətin direktoru Dennis Vudsayda istinadən “The New York Times” yazıb. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Vudsaydın sözlərinə görə, “MMI” ziyanlı bazarları tərk etməli, azfunksiyalı qurğu istehsalından imtina etməlidir.

Qəzetin yazdığına görə, təxminən 4 min insan ixtisar ediləcək. Bundan əvvəl “Motorola”nın rəhbərliyində yerdəyişmələr aparılmışdı. “Google” şirkətin vitse-prezidentlərinin təxminən 40 faizini ixtisar edərək işə yeni top-menecerlər qəbul edib. “MMI” ixtisarlardan savayı, Asiya və Hindistandakı əməliyyatlarının həcmini azaldacaq və elmi-tədqiqat fəaliyyəti üzrə səylərini üç şəhərdə (Çikaqo, Sanniveyl (ABŞ) və Pekin) həyata keçirəcək.

EMİL




13/08/12    Çap et