Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar elastik displeylə təchiz ediləcək
"Galaxy Note" "planşetofon"larının ikinci nəsli, ola bilsin ki, elastik "AMOLED" displeylərlə təchiz olunacaq. Qeyd edək ki, "Samsung Electronics" şirkəti elastik displey texnologiyası üzərində bir neçə ildir ki, çalışır. Ekspertlər hesab edirlər ki, ən yeni displey texnologiyaları sayəsində telefon zərbələrə və yerə düşmələrə qarşı daha davamlı olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, elastik "AMOLED" displeylərdən istifadə o demək deyil ki qurğunu müxtəlif istiqamətlərdə rahat şəkildə qatlamaq mümkündür. Bu cür texnologiyanın əsas xüsusiyyəti sensor səthin yüksək davamlılığı olacaq.
Bundan əlavə, "Samsung" irihəcmli akkumulyator batareyalarından istifadə üçün daha çox yerdən istifadə edə biləcək. Nəticədə orijinal "Galaxy Note" ilə müqayisədə avtonom iş vaxtını artırmaq mümkün olacaq. "Samsung" şirkəti rəsmi şəkildə bildirib ki, "Galaxy Note II" smartfonunun təqdimatı avqustun 29-da Berlində olacaq.
EMİL
13/08/12 Çap et