Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “Azərbaycanda internet tarifləri azalmaqda davam edəcək”


Son altı ay ərzində Azərbaycanda ilkin internet-provayder "Delta Telecom"un kanallarının icarə dəyəri iki dəfə azalıb ki, bu da son istifadəçilər üçün internet xidmətlərinin dəyərinin aşağı düşməsinə imkan yaradır. Bu barədə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda ikinci qlobal provayder olan və ölkəyə trafikin çatdırılmasını təmin edən "Azərtelekom" yaranıb. İndi bu sahədə rəqabət meydana çıxıb ki, bu da gələcəkdə internet xidmətlərin dəyərinin azalmasına və keyfiyyətinin yüksəlməsinə imkan verəcək.
Nazir bildirib ki, yekun hazırlıq mərhələsində olan genişzolaqlı internetin inkişafı strategiyasının qəbul edilməsi genişzolaqlı qoşulmaların sayının genişlənməsində bilavasitə rol oynayacaq.




18/07/11    Çap et