Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

420 min “smart-kart” tipli qaz sayğac quraşdırılıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 avqust 2012-ci il tarixə əhali abonentlərinin mənzillərində 420 min “smart-kart” tipli “GULF” və “İTRON” sayğacları quraşdırılıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, ümumilikdə 1422420 abonent sayğaclaşdırılıb. Bu rəqəmin də 1404898-i əhali (99,9 faiz), 17522-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır:

“Ümumilikdə Bakı şəhəri üzrə 640782 abonent (99,9 faiz), regionlar üzrə isə 781638 abonent (99,9 faiz) sayğaclaşdırılıb”. Qeyd edək ki, qurumun hazırladığı və icrası 2012-2013-cü illərdə nəzərdə tutulan layihəyə əsasən, digər tədbirlərlə yanaşı, gələcəkdə 463514 ədəd qaz sayğacının, o cümlədən 48145 ədəd “smart-kart” tipli elektron qaz sayğacının, 415369 ədəd mexaniki qaz sayğacının quraşdırılması planlaşdırılır.

HƏQİQƏT




14/08/12    Çap et