Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN Azərbaycanın İT məhsullarının ixracına kömək etmək üçün sənəd hazırlayıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci ildə perspektiv planlarına ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində ixrac potensialının genişləndirilməsi üzrə fəaliyyəti daxildir. Əlverişli ixrac rejiminin yaradılması üçün xüsusi sənəd hazırlanıb və yaxın vaxtlarda müvafiq orqanlara təqdim ediləcək.
Sənədin əsas məqsədi Azərbaycanda İKT sahəsində ixrac yönümlü məhsulların istehsalının stimullaşdırılmasıdır. Həmin sənəddə verginin sadələşdirilməsi, gömrük rüsumlarının azaldılması, bir çox hallarda isə rüsumların ödənilməsindən azad edilmə kimi bəndlər öz əksini tapıb. Həmçinin, kreditlərin verilməsi prosesinin sadələşdirilməsi təklif edilir.




18/07/11    Çap et