Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran ərazisində rouminqdə olan “Azercell” abunəçilərinin balansına 50 AZN yüklənib
"Azercell" şirkəti rəsmi Facebook səhifəsində hazırda İran ərazisində rouminqdə olan Azercell abunəçilərinin balansına 50 AZN yüklənildiyi barədə məlumat yayımlayıb.
Şirkət həmçinin, İranın şimalında, Azərbaycan vilayətində baş vermiş zəlzələ zamanı həyatını itirən soydaşlarımızın yaxınlarına başsağlığı və səbr dilədiyini bildirib.
"Azercell" bu humanist aksiyada əsas məqsədin İranda olan abunəçilərin Azərbaycandakı yaxınları ilə sərbəst danışıq imkanının təmin edilməsi olduğunu qeyd edib.
Qeyd edək ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub.
RƏVAN
14/08/12 Çap et