Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 36 mini ötüb


Yanvar-iyul aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 43 min 429, 2011-ci ilin iyul ayının 1-dən cari ilin avqust ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 36 min 668 olub.

"ICTnews" elektron xəbər xidmətinin Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, 1 avqust 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 456774-dür.

2012-ci ilin yanvar-iyul ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,8 faiz təşkil edib.

CAHANGİR




14/08/12    Çap et