Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Görmə qabiliyyətindən məhrum olmuş şəxslərin görməsinə yardımçı olacaq kamera icad edilib
Massaçusets Texnologiya İnstitutunda (MIT) çalışan mütəxəssislər "EyeRing" adlı qurğu hazırlayıblar. Qurğu işıqlı dünyanı görmə qabiliyyətindən məhrum olmuş insanlar üçün nəzərdə tutulub.
Qurğu xüsusi üzük şəklində hazırlanıb. Kamera ilə təchiz edilmiş qurğu kadra düşmüş obyekti tanıyır və bu barədə istifadəçiyə səs vasitəsilə siqnal ötürür.
"ICTnews.az" elektron xəbər xidməti "infox.ru" saytına istinadən bildirir ki, "EyeRing" istehsalçıları bildiriblər ki, bu qeyri-adi üzük yalnız predmetin tipini deyil, həmçinin onun rəngini təyin edir. "EyeRing" kamerası istənilən mətni oxumağa imkan verir, onun vasitəsilə, hətta bütöv bir kitabın öhdəsindən gəlmək olar.
Qeyd edək ki, bunun üçün köməkçi avadanlıq lazımdır. Belə ki, səsi üzük deyil, smartfon və planşet səsləndirir.
Xüsusi proqram təminatı mətn və ya predmetin təsvirini səsləndirməkdə yardımçı olacaq. "EyeRing" istehsalçıları yaxın gələcəkdə üzüyü kütləvi istehsal etməyə hazırlaşır, lakin onların fikrinə görə, qurğu hələ bir sıra sınaqlardan keçirilməlidir.
EMİL
14/08/12 Çap et