Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin ikinci rübündə 6 milyondan çox ziyanverici proqram təminatı qeydə alınıb


2012-ci ilin ikinci rübündə 6 milyondan çox yeni ziyanverici proqram nümunəsi qeydə alınıb. Dünyada virusa yoluxmuş fərdi kompyuterlərin (FK) orta sayı 31,63 faiz təşkil edib.

Bu göstərici birinci rüblə müqayisədə 4 faiz aşağıdır. Cənubi Koreya ilk dəfə olaraq virusa ən çox yoluxmuş ölkələrin reytinqdə birinci yerdə qərarlaşıb. "Panda Security" şirkətinin dərc etdiyi hesabatda belə qeyd edilib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Çin ikinci yerdə, Tayvan və Boliviya müvafiq olaraq üçüncü və dördüncü yerdə qərarlaşıblar.

Virusa ən az yoluxmuş ölkələrinin siyahısında Avropa dövlətləri üstünlük təşkil edir. İsveçrə və İsveçdə virusa yoluxma səviyyəsi 20 faizdən aşağı təşkil edib. Bu siyahıya, həmçinin Norveç, Böyük Britaniya, Uruqvay, Almaniya, İrlandiya, Finlandiya, Macarıstan və Hollandiya daxildir.

EMİL




14/08/12    Çap et