Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” sosial şəbəkəsində qısa URL-lər istifadəyə verilib


“Google” şirkətinə məxsus olan “Google+” sosial şəbəkəsində “Facebook”, “Twitter”də olduğu kimi, sadə və asan oxunan qısaldılmış URL ünvan imkanı istifadəyə veriləcək. plus.google.com/u / 0/108046983767591733841 ünvanı ilə müqayisədə, qısaldılmış istinadları yadda saxlamaq və ünvan sətrinə daxil etmək daha asandır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu funksiya hələ ki hamıya əlçatan deyil: şirkətin bloqunda dərc edilmiş məlumata görə, o, yalnız ticarət markaları və tanınmış şəxslər üçün əlçatandır. Qısa URL ünvanların sadə istifadəçilər üçün nə zaman açıq olması ilə bağlı məlumat verilməyib.


Məlumat üçün bildirək ki, “Google+” şəbəkəsi 2011-ci ilin iyununda istifadəyə verilib. Sentyabrdan etibarən şəbəkədə açıq qeydiyyat mümkün oldu. 2012-ci ilin aprelində “Google” şirkətinin baş direktoru Larri Peycin verdiyi məlumata görə, sosial şəbəkədən 100 milyon çox insan istifadə edir. EMİL




14/08/12    Çap et