Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkəmiz telefon aparatlarının sayına görə MDB-nin bir neçə ölkəsini qabaqlayır
Cari ilin I yarımilliyində respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 16,3 ədədə çatdırılmışdır. Bu göstərici Bakı şəhərində 35,1 ədəd, respublikanın digər ərazilərində 10,8 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir. Azərbaycan MDB ölkələri arasında 100 nəfərə düşən əsas telefon aparatlarının sayına görə Ermənistanı, Gürcüstanı, Türkmənistanı və Özbəkistanı qabaqlayır. Lakin bu göstərici Belarusda 43,1 ədəd, Rusiyada 36,3 ədəd, Ukraynada 28,5 ədəd, Qazaxıstanda 25 ədəd təşkil edir. 100 nəfərə düşən əsas telefon aparatlarının sayına görə ölkəmizin mövqeyinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.
18/07/11 Çap et