Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İndoneziya pornoqrafiya ilə mübarizədə məşhur internet şirkətlərindən yardım istəyir
İndoneziyanın hakimiyyət orqanları porno saytlara qarşı mübarizədə "Google" axtarış sistemi və "YouTube" videohostinqindən kömək istəyib. Bu barədə İndoneziyanın İnformasiya Nazirliyinin nümayəndəsi Azxar Hasim bildirib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, nazirlik artıq "Google" şirkətinə məxsus olan "YouTube" ilə danışıqlar aparıb.
İndoneziyanın hakimiyyət orqanları axtarış sistemi ilə hələ ki danışıq aparmayıb, lakin "Google"-un əməkdaşlıq haqqında təklifi qəbul edəcəyinə ümid edirlər. Hasim bildirib ki, axtarış sistemi nazirliyin təqdim etdiyi açar sözlər üzrə pornoqrafiyanı yayan saytlara girişi bloklayacaq.
EMİL
15/08/12 Çap et