Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Outlook.com” elektron poçt xidmətinin istifadəçilərinin sayı 10 milyonu ötüb


"Microsoft" şirkətinin yeni "Outlook.com" elektron poçt xidmətində iki həftə ərzində 10 milyondan çox istifadəçi qeydiyyatdan keçib. "ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Microsoft" şirkəti "Outlook.com" xidmətini 2012-ci ilin avqustunda təqdim edib.

"Outlook.com" xidməti "Hotmail" elektron poçt xidmətini əvəz etmək üçün nəzərdə tutulub. Xidmət hələ ki beta-test rejimində işləyir, lakin istifadəçilər artıq indidən "Outlook.com" xidmətində poçt qutusu qeydiyyatdan keçirə və onun işini qiymətləndirə bilərlər.

"Microsoft" sınaq müddəti ərzində "Hotmail"-i dəstəkləməyə davam edəcək. Qeyd edək ki, "Outlook.com"-un sələfi olan "Hotmail" xidməti 1996-cı ildə istifadəyə verilib və 1998-ci ildə "Microsoft" şirkəti onu satın aldı. "Hotmail" istifadəçilərinin sayı 350 milyonu ötür.

Müqayisə üçün onun əsas rəqiblərindən biri olan "Gmail" poçt xidmətinin auditoriyası 425 milyon istifadəçidən ibarətdir.


EMİL




15/08/12    Çap et