Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Orta ixtisas təhsili müəssisələrinə avqustun 19-dan 23-dək internet vasitəsilə ixtisas seçimi aparılacaq
Respublikanın orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.
İxtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisə¬lərinin boş qalan yerləri olan ixtisaslarının da kod¬larını göstərə bilərlər.
“ICTnews” Elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. TQDK-dan qeyd edilib ki, ixtisas seçmək hü¬ququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ¬rinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodu¬nu seçə bilər. Abituriyent seçdiyi ixtisasları www.tqdk.gov.az/ali2012/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil etməlidir.
Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir. Virtual ödəmə kartını plastik kartdan istifadə etməklə http://system.goldenpay.az/tqdk/index.jsp və NETMONEY kartlarından istifadə etməklə http://www.netmoney.az/ (http://www.portmanat.az/) internet ünvanlarından əldə etmək olar.
Virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər isə "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.
Komissiyadan bildirilib ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar: “Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar.
Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək”.
HƏQİQƏT
16/08/12 Çap et