Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Getty Images” fotobankı 3,3 milyard dollara satılıb


"Carlyle Group" adlı özəl investisiya fondu "Hellman&Friedman" fondundan rəqəmli foto tədarükçüsü "Getty Images" şirkətini 3,3 milyard dollara satın alıb.


Sazişin şərtlərinə görə, "Carlyle" fonddan "Getty Images" fotobankının nəzarət paketini, həmçinin "Getty Images"-in təsisçisi Mark Qetti və onun ailəsindən bütün aktivləri satın alacaq.


"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Getty Images" fotobankı 1995-ci ildə Mark Qetti və Conatan Klyayn tərəfindən yaradılıb.

EMİL




16/08/12    Çap et