Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti fayl anbarını yeniləyib


"Microsoft" korporasiyası "SkyDrive" adlı "bulud" fayl anbarını yeniləyib və "Android" platforması üçün "SkyDrive" tətbiqini istifadəyə verib. Yeniliklərin icmalı "Windows"-un rəsmi bloqunda dərc olunub.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yenilənmiş xidmət dizaynı "Windows 8" proqramları stilində hazırlanıb.

"SkyDrive" xidmətində, həmçinin axtarış təkmilləşdirilib; artıq faylların tərkibi üzrə axtarmaq mümkündür. İstifadəçi fayl anbarına yüklədiyi sənəd və fotolara birbaşa brauzerdə baxa bilər.

Qeyd edək ki, "Skydrive" xidməti 2007-ci ilin avqustunda istifadəyə verilib. Xidmət pulsuz olaraq 7 qiqabayt disk sahəsi təqdim edir və pul ödəməklə əlavə yer almaq mümkündür. 2011-ci ilin dekabrında xidmətin "iPhone" və "Windows Mobile" üçün tətbiqləri istifadəyə verilib.

EMİL




16/08/12    Çap et