Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2016-cı ilədək planşetlərin satış həcmi noutbukları üstələyəcək
"DisplaySearch" şirkətinin analitikləri yaxın illərdə planşet kompyuterlərin satış həcminə görə noutbukları ötəcəyini hesab edirlər.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə dünyada təxminən 24,4 milyon planşet satılıb.
Bazarda "Apple" şirkəti ən böyük istehsalçı olaraq qalır. Belə ki, şirkət aprel-iyun ayları ərzində 17 milyon "iPad" planşet kompyuteri satıb. Proqnozlara görə, 2012-ci ildə planşet satışlarının həcmi 119 milyon, 2013-cü ildə 190-200 milyon təşkil edə bilər.
Analitiklər hesab edirlər ki, 2016-cı ilədək planşet kompyuterlərin satış həcmi noutbukları üstələyəcək. Beləliklə, onların satış həcmi 375 milyona bərabər olacaq. EMİL
16/08/12 Çap et