Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ilədək kompakt-disklərin satış həcmi azalacaq


"Strategy Analytics" analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ilədək internet üzərindən yüklənən musiqidən əldə olunacaq mənfəətin həcmi kompakt-disk satışlarını ötəcək.

İnternet-musiqi seqmentində qeydə alınacaq artım ABŞ və Qərbi Avropada geniş yayılmış "Spotify", "Pandora" və "Deezer" kimi xidmətlərlə bağlı olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə istifadəçilərin rəqəmli musiqiyə sərf etdiyi xərclərin həcmi 8.6 milyard dollar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 17.8 faiz çoxdur. Bu halda musiqi disklərinin satış həcmi 12.1 faiz azalacaq.

EMİL




16/08/12    Çap et