Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

16 min dollara yığılan elektrik avtomobili (VİDEO)


"Hiriko Citycar Ev" – bu, həqiqətən də müasir elektrik avtomobilidir. Maşın havanı çirkləndirmir, həm də yığılır. Elektrik avtomobilinin qiyməti təxminən 16 min dollar təşkil edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bu maşını İspaniyanın "Hiriko Driving Mobility" firması hazırlayıb. Maksimal sürəti saatda 110 kilometrdir. "Hiriko" elektrik avtomobilinin salonu iki insan üçün hesablanıb.

Avtomobildə dörd elektrik mühərriki quraşdırılıb; hər təkər üçün biri nəzərdə tutulub. Təkərlərinin 90 dərəcə dönməsi sayəsində "Hiriko" elektrik avtomobili böyrü üstə hərəkət edə bilər. Avtomobilin "yığılması" qeyri-adi üsulla yerinə yetirilir.

Elektrik avtomobilinin kuzovları iki hissəyə bölünüb. Sərnişinlərin oturduğu kuzov vertikal vəziyyət ala bilər, ikinci hissə onun alt hissəsinə yığışır. "Hiriko" avtomobilinin yaradıcıları məhsulun ticari uğuruna əmindirlər. Belə avtomobillərin satışa 2013-cü ildə çıxacağı gözlənilir.



EMİL




16/08/12    Çap et