Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avtomatik hərəkət edən avtomobil rekorda imza atıb
Avtomatik hərəkət sisteminə malik “Audi TTS” avtomobili yeni rekorda imza atıb. Maşın saatda 190 km-dən yuxarı sürətlə hərəkət edib. “ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, artıq uzun müddət müxtəlif dövlət və şəhərlərin avtomobil yollarında sınaqdan keçirilən “Shelley” ləqəbli avtomobil “Google”-un avtomatik hərəkət edən avtomobillərinin əsas rəqiblərindən biridir.
“Audi TTS” idman maşını xüsusi proqrama malik bort kompyuteri ilə təchiz olunub. Kompyuter real vaxt ərzində maşının hərəkət trayektoriyasını hesablayır və harada və necə dönməyi, nə zaman dayanmağı təyin edir. Avtomobilin nəticələri yaxşıdır.
EMİL
17/08/12 Çap et