Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ünvanlarla bağlı İnformasiya Sisteminin yaradılması avqustun sonunda yekunlaşacaq


"Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin Yaradılması" layihəsi çərçivəsində işlər davam etdirilir. Artıq avqust ayının sonuna bu sahədə aparılan işlərin yekunlaşdırılması nəzərdə tutulur. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.

Komitədən qeyd edilib ki, ünvanlarla bağlı İnformasiya Sisteminin yaradılması nəticəsində ölkədə mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək, reyestrlər arasında məlumat mübadiləsinin həyata keçirilməsinə imkan yaranacaq.

Həmçinin, müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda təcili tibbi yardım, fövqəladə hallar və sairə xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.

Eyni zamanda, qarışıq düşmüş ünvan problemlərinin həll edilməsi və yeni təkrarolunmaz ünvanların verilməsinə zəmin yaranacaq. Küçələrin və prospektlərin kodlaşdırılması nəqliyyat infrastrukturu obyektlərinin adlarının dəqiqləşdirilməsi zamanı ortaya çıxan bir çox problemləri həll edəcək.

Giriş konsepsiyasının əsas tələblərindən biri olan girişlərin koordinatlarının müəyyənləşdirilməsi ünvan axtarışında GİC-in(Coğrafi İnformasiya Sistemləri) tətbiqinə şərait yaradacaq: "Hazırda ölkə üzrə ünvanvermə prosesi yeni yanaşmaya əsaslanır.

Belə ki, bununla bağlı respublika prezidentinin 10 fevral 2012-ci il tarixli fərmanı ölkədə giriş ünvanı konsepsiyasını nəzərdə tutur.

 Burada ünvan verilə bilən obyekt kimi binanın özü deyil, binaya daxil olmaq üçün istifadə edilən girişlər və ya qapılar qəbul edilirlər. Giriş yerlərinin ünvanları daxilolma ünvanları kimi tanınır. Binaların vacib girişlərinə fərdi ünvanlar verilir. Girişə ünvan nömrəsi verilir. Giriş, giriş yerinə daxil olmaq üçün istifadə edilən küçə ilə bağlı olur və ona aid edilir". 

Giriş ünvanı konsepsiyası Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir: "Eyni zamanda, sözügedən fərmanla nəzərdə tutulmuş dəyişikliyə görə, ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat bazasına daxil edilir".

HƏQİQƏT




17/08/12    Çap et