Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏSMM-lərdə informasiya mübadiləsi üçün lokal şəbəkələr quraşdırılır


"Vahid Pəncərə" prinsipinin tətbiqi istiqamətində məqsədyönlü işlərin davamı olaraq, Bakının Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) üçün yeni inzibati bina istifadəyə verilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu günə qədər ölkənin 39 rayon və şəhərində ƏSMM-nin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib.  

Xüsusi layihə əsasında tikilmiş yeni inzibati binalarda nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasında qurulmuş lokal şəbəkə fəaliyyət göstərir.

Nazirliyin mərkəzi serveri ilə birbaşa əlaqəsi olan bu sistem bölgələrdən məlumatları dərhal qəbul etməyə, əhalinin sosial müdafiəsi ilə bağlı məsələləri operativ həll etməyə imkan verir.

HƏQİQƏT




17/08/12    Çap et