Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Almazdan da möhkəm material hazırlanıb
Karneqi Elm İnstitutunda professor Lin Vanqın rəhbərliyi altında çalışan alim-fiziklər eksperimental üsulla karbonun yeni formasını əldə ediblər.
O, almazdan daha bərkdir. Bundan əlavə, yeni material almazın səthini zədələməyə qadirdir. "ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, karbonun yeni forması normal şəraitdə yüksək təzyiq olmadan sabit qalır.
Beləliklə, artıq yaxın gələcəkdə çox bərk materialdan praktikada istifadə etmək mümkün olacaq.
17/08/12 Çap et