Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilədək mobil ödənişlərin həcmi artacaq
"Juniper Research" şirkətinin analitikləri tərəfindən tərtib edilmiş "Mobile Payments Strategies: NFC, Remote Purchases & Money Transfer 2012-2017" tədqiqatına əsasən, onların mobil ödənişlər üzrə verdikləri proqnoz məlum olub.
Ekspertlər mobil telefonlar vasitəsi ilə həyata keçirilən pul əməliyyatlarının illik həcminin 2017-ci ilədək 4 qat artacağını və 1,3 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırırlar.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2017-ci ilədək "NFC" texnologiyasının payına mobil ödənişlərin ümumi həcminin təxminən 54 faizi düşəcək. Artıq mobil rabitə operatorları bu texnologiyanı fəal şəkildə inkişaf etdirirlər.
EMİL
17/08/12 Çap et