Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Acer" şirkətinin xalis mənfəəti ikinci rübdə 1,87 milyon dollar təşkil edib


Tayvanın iri fərdi kompyuter (FK) və mobil qurğu istehsalçısı olan "Acer" şirkətinin aprel-iyun ayları ərzində xalis mənfəəti 56 milyon yeni tayvan dolları (1,87 milyon dollar) təşkil edib. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, şirkətin 1 səhm hesabı mənfəəti 0.02 yeni tayvan dolları təşkil edib.

"Acer" şirkətinin hesabat dövrü ərzində mənfəəti 2011-ci ilin ikinci rübü ilə müqayisədə 8.3 faiz artaraq 110,6 milyard yeni Tayvan dolları (3,7 milyard dollar) təşkil edib.

"Acer" - Tayvanın kompyuter texnikası və elektronika istehsalı üzrə şirkətidir. Şirkətin əsası 1976-cı ildə qoyulub. Qərargahı Taybey şəhərində yerləşir.

EMİL




18/08/12    Çap et