Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan beyni əbədi cavanlıq təmin edə bilər


İnsan beyni nəhəng potensiala malikdir və son elmi tədqiqatlara əsasən, əbədi cavanlıq təmin edə bilər. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Çikaqo Universitetində çalışan alimlər müəyyən ediblər ki, 70 yaşdan yuxarı insanların beyni sağlam həyat tərzi daxil olmaqla müəyyən şərtlər daxilində əvvəlki kimi fikirləşməyi və həmçinin yadda saxlamağı təmin edə bilər.

"Biz beynin iş xüsusiyyətlərini hələ ki zəif bilirik və o, bizə yeni və yeni sürprizlər təqdim edir" - tədqiqatın direktoru Emil Roqalski qeyd edib. O, kolleqaları ilə təcrübə zamanı beynin yaşlanma prosesinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olduğunu müəyyənləşdirib.

Alimlər beynin "əbədi cavanlığı"nı nəyin təyin etdiyi sualına hələ ki dəqiq cavab verə bilmirlər. Lakin onlar əmindirlər ki, bu, irsi xüsusiyyətdən, genlərin uyluğundan, sağlam həyat tərzindən və aktiv fəaliyyətdən asılıdır.

EMİL




18/08/12    Çap et