Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"eBay" zəhər və sehirli ticarəti qadağan edib


 Populyar "EBay" internet-hərracı zəhər və sehirli ovsunlarla ticarəti qadağan edilib. Hərrac nümayəndələrinin sözlərinə görə, qərar istifadəçilərin əks əlaqəsi əsasında və kateqoriyalara müntəzəm baxılma çərçivəsində qəbul edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, yeni qaydalar 2012-ci il avqustun 30-dan qüvvəyə minəcək. Bu vaxta qədər sehrli predmet və xidmətlər təklif edən tacirlər satışlarını həyata keçirə bilərlər.

EMİL




18/08/12    Çap et