Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"BenQ" proyektor bazarının 11 faizinə nəzarət edir
2012-ci ilin ikinci rübündə "BenQ" şirkətinin proyektor bazarındakı payı 10,8 faizə çatıb. Bu barədə "BenQ" şirkətinin Asiya-Sakit okean regionundakı bölməsinin direktoru Adrian Çanq məlumat verib.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "BenQ" şirkəti bazar payına görə yalnız proyektor seqmentinin lideri - Yaponiyanın "Seiko Epson" şirkətindən geri qalır.
"BenQ", həmçinin "Optoma" və "Acer" kimi şirkətləri üstələyə bilib. "BenQ"-in mövqeyi daha çox inkişaf etməkdə olan ölkələrin bazarlarında güclənir. Məsələn, ötən rüb şirkətin Hindistanda bazar payı təhsil müəssisələri üçün nəzərdə tutulmuş modelə yüksək tələbat sayəsində 20 faizə çatıb.
EMİL
18/08/12 Çap et