Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ramazan bayramı günlərində əhali fasiləsiz və keyfiyyətli telekommunikasiya və informasiya texnologiyaları xidmətləri ilə təmin olunacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ramazan bayramı günlərində əhalinin telekommunikasiya və informasiya texnologiyaları, o cümlədən mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, proflaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək.
Göstərilənlərlə yanaşı bayram ərəfəsində və bayram günlərində telefonların işinin daimi təmin edilməsi məqsədilə, rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. Abunəçilərin rahatlığı və bayram ovqatının yüksədilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək.
18/08/12 Çap et