Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon stress vəziyyətini müəyyənləşdirəcək


"İntel"-in Santa-Klaradakı tədqiqat bölməsinin mütəxəssisləri smartfonlar üçün "StressSense" sistemini hazırlayıblar. Bu sistem istifadəçinin emosional vəziyyətinin təyini üçün nəzərdə tutulub.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, proqramın iş prosesi aşağıdakı kimidir: əvvəlcə smartfon sahibi haldan düşmüş vəziyyətdə "rəqəmli portret"inin formalaşması üçün mətndən 3 dəqiqəlik hissə oxumalıdır.

Bundan sonra hazırlanmış mobil tətbiq istifadəçinin səsini bu etalonla müqayisə edərək bir sıra parametrləri (danışıq sürəti, tezlik spektri) qeydə alacaq. Sistem bu məlumatlara əsaslanaraq insanın stress vəziyyətində olub-olmadığını müəyyənləşdirəcək. Keçirilmiş sınaqlar nəticəsində məlum olub ki, "StressSense" mobil tətbiqi emosional vəziyyəti qapalı məkanda 81 faiz və açıq havada isə 76 faiz dəqiqliklə müəyyənləşdirə bilir, çünki səsin keyfiyyəti aşağıdır.

EMİL




22/08/12    Çap et