Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mark Zukerberqin «Zaman tuneli» oğurluq imiş
«Facebook» sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin «Zaman tuneli»ni bir çinlidən oğurlaması xəbəri yayılıb.
Hazırda dünyanın əksər xəbər saytlarının əsas informasiyasına çevrilən bu məlumata hələlik M. Zukerberq münasibət bildirməyib. "ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, Çin şirkətlərindən biri «Facebook»un istifadəyə verdiyi son yeniliklərindən olan «Zaman tuneli»nin onlara aid olması iddiası ilə çıxış edib.
4 il bundan əvvəl qurulan «Cubic Network» şirkəti 2008-ci ildə «Zaman tuneli» barəsində şəkilləri və videoçarxları öz istifadəçilərinə göstərib. Bu şirkəti quran Harvard məzunu Xionq Vanli Stanford Universitetində «Zaman tuneli» ilə bağlı danışarkən «Facebook» yaradıcısı Zukerberqin də dinləyici qismində zalda əyləşdiyini deyib. Belə anlaşılır ki, «Cubic Network» şirkətinin 2008-ci ildə ərsəyə gətirdiyi «Zaman tuneli»ni «Facebook» 2011-ci ildə istifadəyə buraxıb.
SEYMUR
22/08/12 Çap et