Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəbəkələrin keçirtmə qabiliyyəti 2020-ci ilədək 10 Tbit/san təşkil edə bilər
Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (IEEE) yaratdığı "IEEE 802.3 Industry Connections Higher Speed Ethernet Consensus" adlı xüsusi işçi qrupun qarşısına növbəti nəsil "Ethernet" standartının sürət xüsusiyyətlərini həll etmək məsələsi qoyulub.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2010-cu ildə "100 Gigabit Ethernet" verilənlərin ötürülməsi standartını təsvir edən yekun "IEEE 802.3ba" spesifikasiyası təsdiq edilmişdi. Bu spesifikasiyada informasiyanın ötürülməsinin iki sürəti (40 və 100 Qbit/s) nəzərdə tutulub.
Tədqiqatlar nəticəsində məlum olub ki, rabitə kanalının keçirtmə qabiliyyətinin ikiqat artmasına iki ildə təxminən bir dəfə ehtiyac yaranır. Bu, ilk növbədə yeni videoxidmətlərin yaranması, məhsuldar hesablama sistemləri və "bulud" xidmətlərinin inkişafına olan tələblə bağlıdır. "IEEE" işçi qrupu növbəti nəsil "Ethernet" üçün 400 Qbit/s və 1 Tbit/s sürət arasında seçim etməli olacaq.
Yeni standart 2015-ci ildə təsdiqlənə bilər.
EMİL
22/08/12 Çap et