Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropanın ən güclü ölkəsi CD-lərdə olan dövlət sirlərini qoruya bilmədi


Avropanın ən böyük dövlətlərindən biri olan Fransada böyük qalmaqal yaşanıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu ölkədə Prezident Administrasiyası, eləcə də Daxili İşlər Nazirliyinin və Paris Təhlükəsizlik Şöbəsinin ictimaiyyətə açıqlanmayan planlarının qorunduğu CD və USB-lər oğurlanıb.

Yayılan məlumatlara görə, CD-lər və USB-lər dövlət binalarına fiber-optik kabellər döşəyən inşaat şirkətinin işçisinin maşınından oğurlanıb. Oğurlanan materialların şifrəsiz olduğu və planları asanlıqla ələ keçirməyin mümkün olduğu bildirilib.

Bildirilir ki, buradakı məlumatlar olduqca mühümdür və Fransa dövləti üçün böyük əhəmiyyət daşıyır.

SEYMUR




22/08/12    Çap et