Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bill Qeyts inqilabi nüvə reaktoru hazırlayacaq
Bil Qeyts Koreya Nüvə Birliyinin direktoru ilə görüşüb. Görüşdə sürətli neytronlara əsaslanacaq inqilabi nüvə reaktorunun yaradılması ilə bağlı əməkdaşlıq haqqında qərar qəbul edilib.
Belə qurğuların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onlar enerji əldə etmək üçün ənənəvi reaktorların əvəzinə işlənmiş yanacaq sterjenlərindən istifadə edirlər. “ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, inqilabi nüvə reaktorunun hazırlanması üzrə işlər “TerraPower” şirkətinin iştirakı ilə həyata keçiriləcək.
“Microsoft” korporasiyasının həmtəsisçisi yüksək və qabaqcıl texnologiyalara çoxdan bəri maraq göstərir. Məsələn, Qeyts 2011-ci ilin sonunda dördüncü nəsil nüvə reaktorunun yaradılmasına təxminən 1 milyard dollar sərmayə yatırmaq niyyəti haqqında elan etmişdi.
EMİL
22/08/12 Çap et