Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” “Windows 8”-də öz antivirusunu quraşdıracaq
“Windows 8” əməliyyat sisteminə (ƏS) pulsuz “Microsoft Security Essentials” antivirus paketi quraşdırılacaq. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2009-cu ildə istifadəyə verilmiş “Security Essentials” kompyuteri virus, troyan, casus, rutkit və s. ziyanverici proqram təminatından müdafiə etmək üçün nəzərdə tutulub.
“Windows” istifadəçiləri indiyə qədər “Security Essentials” proqram təminatını sərbəst quraşdırmalı olurdular. Lakin “Windows 8” əməliyyat sistemində (ƏS) antivirus paketi təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulmuş “Windows Defender” proqramının bir hissəsi olacaq.
“Windows 8” ƏS-nin satış həcmi oktyabrın 26-da başlayır: ƏS-i 231 ölkədə 109 dildə əlçatan olacaq.
EMİL
22/08/12 Çap et