Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazirlər Kabinetinin nəzdində 2 qurum yaradılacaq
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda Nazirlər Kabineti nəzdində Terminologiya Komissiyası və Tərcümə komitəsi yaradılacaq.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMEA-nın Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli açıqlama verib.
Onun sözlərinə görə, adıçəkilən qurumların yaradılmasında məqsəd dilçiliklə bağlı olan işlərin daha mükəmməl şəkildə həyata keçirilməsindən ibarətdir. F.Veysəlli deyib ki, Tərcümə komitəsinin yaradılması ilə Azərbaycan dilinə olan tərcümələr və yaxud əksinə olan proseslər vahid elmi prinsip əsasında həyata keçirilə bilər: «Dövlət proqramının təkliflərində Dilçilik İnstitutunda Monitorinq qrupunun yaradılması da nəzərdə tutulur. Həmin bu monitorinq qrupunda dillə bağlı bütün məsələlər qoyularaq müzakirə olunacaq. Mütəxəssislər, teleaparıcılar 6 aydan bir bu monitorinq qrupunda test imtahanı verəcək. Onlar sertifikat qazandığı halda aparıcılığa davam edəcəklər, əks təqdirdə efirə çıxa bilməyəcəklər".
SEYMUR
22/08/12 Çap et