Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda mobil telefonlar hərraca çıxarılacaq


Sentyabrın 18-də müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlaklar hərraca çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, müsadirə edilmiş mallar əsasən mobil telefonlardan ibarətdir.

Belə ki, müxtəlif markalı mobil telefonlar və danışıq kartıarı satışa çıxarılacaq. Hərraca çıxarılacaq telefonların qiyməti 30-233 manat arasında dəyişir.

Bundan başqa, hərraca loto kartları və daşları, eləcə də çoxavazlı səs siqnalı çıxarılacaq. Hərraclar Nizami və Qaradağ rayonlarında təşkil ediləcək




22/08/12    Çap et