Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Yahoo!"nun prezidenti işçilərinə səxavətli davranır


"Yahoo!" şirkətinin 37 yaşlı yeni rəhbəri Marissa Mayer əməkdaşların işinin təşkili ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Əvvəlcə işçiləri pulsuz naharla təmin edən "Google"-un keçmiş vitse-prezidenti indi də onlara iPhone paylamaq barədə düşünür.

O, internet-korporasiyanın bütün işçilərinin eyni platformalı telefondan istifadə etməsinin əmək məhsuldarlığının artmasına səbəb olacağı qənaətindədir. Hazırda şirkətin işçi heyəti əsasən BlackBerry modelinə üstünlük verir.
Bununla belə, Android-smartfonlar və iPhone-dan adətən ikinci aparat qismində – işdənkənar ünsiyyət vasitəsi kimi istifadə edilir. Hər bir əməkdaş üçün iPhone modelinin (və ya Android bazasında modelin alınması – M.Mayer belə variantı da nəzərdən keçirir) alınması "Yahoo!"-ya təxminən 2 milyon dollara başa gələcək.

Bu, şirkətin təxminən 2 milyard dollar vəsaitə malik olmasını nəzərə alsaq, o qədər də böyük məbləğ deyil.




22/08/12    Çap et