Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera” “Google” ilə müqavilə müddətini uzadıb
Norveçin "Opera Software" şirkəti "Google" internet-şirkəti ilə bağladığı müqavilənin müddətini uzadıb. "ICTnews.az" elektron xəbər xidməti bildirir ki, müqavilənin şərtlərinə görə, 2014-cü il avqustun 1-dək "Google" "Opera"nın kompyuter və mobil qurğular üçün nəzərdə tutulmuş brauzerlərində başlanğıc axtarış sistemi olacaq.
Hər iki şirkət əvvəlki sazişi 2009-cu ilin noyabrında bağlamışdı. "Google" şirkəti "Firefox" brauzerinin istehsalçısı "Mozilla" ilə də müvafiq müqavilə imzalayıb.
Qeyri-rəsmi informasiyaya görə, "Google" şirkəti onun axtarış sisteminin "Firefox" brauzerində başlanğıc kimi istifadə edilməsi üçün "Mozilla"ya il ərzində təxminən 300 milyon dollar ödəyir.
EMİL
22/08/12 Çap et