Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə sahəsində ən çox əhaliyə xidmət göstərilib


Cari ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 779,4 milyon manat dəyərində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz çox rabitə xidməti göstəriblər.

Dövlət Statistika Komitəsindən "ICTnews" elektron xəbər xidmətinə  bildiriblər ki, xidmətlərin 72,1 faizi bilavasitə əhaliyə göstərilib. Əldə edilmiş gəlirin 74,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Bu dövrdə elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 732,1 min manatlıq qeyri-ərzaq malları və 43,4 min manatlıq ərzaq məhsulları satılıb.




22/08/12    Çap et