Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kosmik teleskop yeni ulduz və planetləri aşkar edəcək
"James Webb" kosmik teleskopu "Habbl" teleskopunu əvəz etməli olacaq. Onun işə salınması 2013-cü ildə planlaşdırılır.
Bu teleskop yeni ulduz və planetləri aşkar etmək üçün kainatı infraqırmızı şüalanmada göstərəcək. Teleskop yer kürəsindən 1,5 milyon kilometr məsafədə işləyəcək və sıradan çıxmaması üçün yetərli qədər aparatlarla təchiz edilib.
Layihənin qiyməti təxminən 5 milyard dollar qiymətləndirilir.
23/08/12 Çap et