Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yuyula bilən klaviatura yaradıldı


"Logitech" şirkəti "Washable Keyboard K310" adlı klaviatura istehsal edib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, bu klaviaturanı toz, çirk və təsadüfən tökülmüş mayedən təmizləmək daha asandır.

Zərurət olduqda qurğunu (USB kabel olmaz) kranın altında yumaq və ya 28 santimetrədək dərinlikdə suyun altında saxlamaq olar. Korpusun arxasında suyun tökülməsi üçün xüsusi dəliklər qurğuya "çimdikdən" sonra tez qurutmağa imkan verir.


Qurğunun istehsalçısı qeyd edib ki, düymələrin üzərindəki simvollar lazer vasitəsilə həkk edilib və ultrabənövşəyi şüa ilə emal edilib, ona görə də uzunmüddətli istifadə və müntəzəm su prosedurları zamanı silinmir. Düymələr 5 milyondan çox sıxılmaya hesablanıb.

EMİL




23/08/12    Çap et