Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxıstanın poçt operatoru Azərbaycanın təcrübəsini öyrənir


 Qazaxıstanın poçt operatoru «Kazpocht»un 3 mütəxəssisdən ibarət nümayəndə heyəti Azərbaycanın milli poçt operatoru «Azərpoçt» MMC-nin infrastrukturunda tətbiq olunan «Colvir» sisteminin «Çeşidləmə mərkəzi» üzrə avtomatlaşdırılmış poçt modulunun öyrənilməsi məqsədilə Bakıda səfərdədir.

3 gün ərzində Qazaxıstan və Azərbaycan mütəxəssisləri poçtun çeşidlənməsi ilə bağlı fikir mübadiləsi aparacaq, həmçinin qonaqlar «Colvir» sisteminin poçt modulunu öyrənəcək və respublikanın poçt operatorunun digər nailiyyətləri ilə tanış olacaq.




23/08/12    Çap et