Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ULTRA” şirkəti “Data Center Design Awereness” sertifikatını alıb
Bu ay Ukraynanın Kiyev şəhərində «Məlumat Mərkəzinin layihələndirilməsinin konseptual əsasları» mövzusunda təlim keçirilib. "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, bu təlim (Career Progression Framework) Beynəlxalq İnkişaf proqramı çərçivəsində ilk baza kursudur ki, o, 2011-ci ildən Britaniya şirkəti olan "DC Professional Development" tərəfindən məlumatların emalı mərkəzləri (MEM) sənayesi ilə məşğul olan dünya cəmiyyəti mütəxəssislərinə təqdim edilib.
Təlimdə MDB dövlətləri – Rusiya, Belarus, Ukrayna və Qazaxıstanın aparıcı İT şirkətlərinin nümayəndələri iştirak ediblər. Bu təlimdə Cənubi Qafqazdan Azərbaycanı "ULTRA" şirkəti təmsil edib. "ULTRA" şirkəti Məlumat Mərkəzlərinin Layihələndirilməsi üzrə kifayət qədər təcrübəyə malikdir.
Şirkət tərəfindən bu günə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsilin İnformasiyalaşdırılması İdarəsi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi Dövlət Reyestr Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi üçün Məlumat və Resurs Mərkəzləri (Data Center) yaradılıb.
Bu təlim qabaqcıl dünya təcrübəsi üzrə MEM-in layihələndirilməsi, yaradılması, optimizasiyası və idarəedilməsinə əsaslanıb. Təlim ABŞ və Avropanın əsas beynəlxalq standartlarına, o cümlədən "BICSI 002 2010 Data Center Design and Implementation Best Practices" uyğundur və istehsalçıdan asılı olmayaraq məlumatları birləşdirir.
Təlimdə dinləyicilər MEM-in layihəsini təşkil edən qarşılıqlı əlaqələr kimi müasir mühəndis həlləri ilə tanış olublar. Bunlar elektrik təchizatı, soyutma və havalandırma sistemləri, elektrik effektivliyi və idarəçiliyin əsaslarıdır. Keçirilmiş materialların daha yaxşı mənimsənilməsi üçün təlimin böyük bir hissəsi praktik məşğələlərə həsr olunub.
Təlimin bitməsi üzrə sınaq imtahanları keçirilib və imtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunub. Xüsusilə qeyd etmək istərdik ki, "ULTRA" şirkətinin əməkdaşı Mehman Zülfüqarlı hal-hazırda Cənubi Qafqazda "Data Center Design Awereness" sertifikatına malik olan yeganə mütəxəssisdir.
CAHANGİR
23/08/12 Çap et