Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da "danışan avtomobillər" sınaqdan keçirilir
Amerikanın "Enn-Arbor" şəhərində bir-biri ilə informasiya mübadiləsi edən və sürücüləri potensial qəza vəziyyəti haqqında xəbərdar edən "danışan avtomobillər"in sınaqlarına başlanılıb. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, ABŞ-ın Nəqliyyat Nazirliyi tərəfindən təşkil edilmiş sınaqlar il ərzində şəhərin xüsusi bölməsində keçiriləcək.
Burada yol infrastrukturu datçik və radarlar vasitəsilə vahid kompyuter şəbəkəsinə birləşdirilib. Sınaqlarda xüsusi radiocihazlarla təchiz edilmiş Ford", "General motors", "Honda", "Hyundai", "Mersedes Benz", "Nissan", "Toyota" və "Folksvagen" kimi ən iri istehsalçıların avtomobilləri iştirak edəcək. "Ağıllı" avtomobillərin sürücüləri digər iştirakçılar ilə toqquşma riskinin yaranması halında səsli və vizual xəbərdarlıqlar alacaq.
Sistem məhdud görüntüyə malik yolayrıcında və qarşıda gedən maşının qəfil dayanması halında yaranan yol-nəqliyyat hadisələrinin qarşısını alacaq. "Təhlükəsiz yol hərəkətinin gələcəyi bir-birləri ilə "danışan avtomobillər"dir - sistemin işə salınmasında iştirak etmiş ABŞ-ın Nəqliyyat naziri Rey Laxud bildirib.
EMİL
23/08/12 Çap et