Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telefon Məlumat Mərkəzinə güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlər daha çox daxil olub


İqtisadi İnkişaf Nazirliyinin (İİN) Telefon Məlumat Mərkəzinə iyul ayı ərzində 500-ə yaxın müraciət daxil olub.

"ICTnews" elektron xəbər xidmətinin İİN-ə istinadən verdiyi məlumata görə, müraciətlər əsasən, güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə, Telefon Məlumat Mərkəzinə fəaliyyətə başladığı 1 sentyabr 2009-cu il tarixindən indiyədək 16 minə yaxın müraciət daxil olub. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb.

CAHANGİR




23/08/12    Çap et