Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“YouTube” mobil telefonlarda reklam tətbiq edəcək
Milyonlarla insan "YouTube"-da videoya smartfon və planşetlər üzərindən baxmağa üstünlük verir. Bu, yalnız rahatçılıq deyil, həm də vaxta qənaətdir; çünki bu yaxınlara kimi xidmətin mobil versiyasında reklam yox idi. Lakin görünür, mobil "videoserfinq" həvəskarlarının "qızıl" günləri arxada qaldı.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, şirkətin bloqundan verilən məlumata görə, sayt mobil qurğular üçün "TrueView" texnologiyasını aktivləşdirib. Beləliklə, sayt ziyarətçiləri çarxa baxmamışdan əvvəl qısa reklam elanına baxmağa məcburdurlar.
"YouTube"-un auditoriyası atılmış belə addımdan sonra, çətin ki, azalacaq. Lakin "Google" korporasiyasına məxsus olan videohostinq daha çox gəlir qazanacaq. Müxtəlif saytların mobil tətbiqlərindən istifadə edən insanların sayı hər il artır.
Getdikcə internetə kompyuter deyil, smartfon və ya planşetdən daxil olan istifadəçilərin sayı artır. Yalnız "YouTube" deyil, həm də "sosial nəhəng" olan "Facebook" saytın mobil versiyasına reklam tətbiq edib.
EMİL
24/08/12 Çap et