Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“FTB” piratçılıqla məşğul olan 3 saytı bağlayıb
Federal Təhqiqatlar Bürosu (FTB) "Android" əməliyyat sistemi (ƏS) üçün pirat tətbiqlər yayan üç saytı bağlayıb. Fransa və Hollandiya hüquq-mühafizə orqanlarının iştirakı ilə xüsusi əməliyyat keçirilib.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "applanet.net", "appbucket.net" və "snappzmarket.com" saytlarının fəaliyyəti dayandırılıb. Beləliklə, tarixdə birinci dəfə olaraq müəllif hüququ qorunmuş mobil proqramların surətlərini satan saytlar bağlanılıb.
Ədliyyə Nazirliyinin saytında bildirilir ki, FTB agentləri "Android" platforması üçün minlərlə tətbiq yükləyiblər. Onlar sübut kimi təqdim ediləcək. Qanunsuz məzmuna malik serverlər ABŞ-dan kənarda yerləşmişdi, buna görə də FTB onların bağlanması üçün digər dövlətlərin xüsusi xidmət orqanlarının köməyindən istifadə etməli olub.
EMİL
24/08/12 Çap et